Saray qəsəbəsi, Heydər Əliyev küçəsi qaranlığa qərq olub.
Sumqayit24.az-a müraciət edən "Alimlər şəhərciyi"nin sakinləri küçədə hərəkət etməyin təhlükəli olduğunu bildirirlər.
“İşıq dirəkləri ötən il quraşdırılsa da, ərazidə yalnız bir ay ərzində işıqlar yandırılıb. Həmin vaxtdan sonra işıqlandırma tamamilə dayandırılıb. Küçədə qaranlıq o qədər dərinləşib ki, göz gözü görmür. Yolu gedərkən daimi olaraq büdrəyirik. Yalnız avtomobillərin işıqları küçəni zəif şəkildə işıqlandırır”, - deyə şikayətçilər əlavə ediblər.