Saray qəsəbəsinin yolları axşam düşən kimi qaranlığa bürünür. Bu haqda Sumqayıt24-ün izləyiciləri məlumat veriblər.
Sözügedən məsələ uzun zamandır ki qəsəbənin Heydər Əliyev küçəsindən (Saray petroldan Novxanı yolunadək) keçən sürücüləri narahat edir. Onların sözlərinə görə, 1 ildən artıq olar ki bura dirəklər quraşdırılıb, lakin buna baxmayaraq bir dəfə də olsun yollar işıqlandırılmayıb. Bu problem həm piyadalar həm sürücülər üçün təhlükə yaradır.