Saray qəsəbəsində yollar əsaslı təmir ediləcək. Bu haqda 13 dekabr tarixində Sumqayıt24 President.az-a istinadən məlumat verir.
Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, qəsəbə ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 1,2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ayrılıb.