Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.
Xeberle.com-un məlumatına görə, problem Xəzər bağları və 26-cı məhəlləni əhatə edib. Sakinlər bildirirlər ki, səhər saatlarından etibarən elektrik enerjisi fasilələrlə verilir. Havanın qarlı-şaxtalı keçməsi isə vəziyyəti daha da çətinləşdirir.
Məlumata görə, problemin yaranma səbəbi baş vermiş qəzadır.