Sumqayıt sakinlərinin kommunal xidmətlərdən hansına daha çox pul xərclədiyi məlum olub. Bu sorğunu Xeberle.com öz sosial şəbəkə hesablarında həyatə keçirib.
Ümumilikdə sorğuda 332 nəfər iştirak edib. Onlardan 162 nəfəri təbii qaza, 86-sı elektrik enerjisinə, 78-i suya, 6 nəfəri isə istilik xidmətlərinə daha çox ödəniş etdiyini vurğulayıb.
Qeyd edək ki, oxucularımız son zamanlar şəhər ərazisində bütün sadalanan kommunal xidmətlərin təminatında bir sıra problemlərlə qarşılaşıblar.