Corat qəsəbəsində kanalizasiya xəttində yaranmış problem aradan qaldırılıb.
Xəbər verdiyimiz kimi, sözügedən problem səbəbindən Cəfər Cabbarlı küçəsini çirkab sular basmışdı. Bu isə ətrafa pis qoxunun yayılması ilə yanaşı, hərəkətdə də çətinliklərə səbəb olmuşdu.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Sumqayit24.az-a məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, çirkab suların küçəyə axma səbəbi xətdə baş verən qəza olub:
“Müraciətdə qeyd olunan qəza artıq aradan qaldırılıb”.