Sumqayıtda 105.000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Təmir işləri ilə əlaqədar dekabrın 27-də saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Günün ikinci yarısında işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.