top
Sumqayıtda məktəb “buzxana”ya dönüb
27 noyabr 2024, 04:52
- ↺ +

Sumqayıtda məktəb “buzxana”ya dönüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Övladım Sumqayıt şəhəri, Bağlar massivi, Aşağı Mollu kənd tam orta məktəbində təhsil alır. Məktəbdə qızdırıcı radiator olsa da, sadəcə görüntü üçündür. Çünki həmin məktəbdə istilik yox səviyyəsindədir. Demək olar ki, siniflərin əksəriyyəti soyuqdur. Dəhlizdəki radiatorların əksəriyyəti işləyir. Bir otaqda iki qızdırıcı varsa, birini bağlayırlar ki, o birinə istilik getsin. Bu zaman isə sinif soyuyur. Çünki aparat balacadır”.

Bunu Moderator.az-a adının çəkilməyini istəməyən şikayətçi valideyn deyib. Daha bir valideyn isə iddia edib ki, özləri məktəbi peçlə təmin ediblər:

“Uşaqlardan pul yığıb otaqlara qızdırıcı alıblar. Bu təşəbbüs də əslində uşaqlardan, valideynlərdən gəlib. Çünki otaqlar soyuq olur. Məktəblilər ez-tez xəstələnirlər. Hətta soyuq olanda uşaqlar isti üst geyimləri ilə dərsdə otururlar. Qış hələ qarşıdadır. Birazdan vəziyyət daha dözülməz olacaq. Çox istərdik ki, məktəbimiz üçün əlavə istixana tiksinlər”.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, bütün məktəblər artıq 10 gündən çoxdur ki, istilik sistemi ilə təmin olunub:

“Təhsil müəssisələrində istilik sistemi ilə bağlı tədbirlər hər il noyabr ayının 15-dən həyata keçirilir. Bu səlahiyyət “Azəristiliktəchizat” ASC-yə aiddir. Elə ucqar bölgələr var ki, orada istilik odun sobası vasitəsilə təmin edilir. Həmin qurumla Elm və Təhsil Nazirliyi arasında müqavilə imzalanır. Ola bilər ki, bəzi məktəblərdə istilik təchizatı ilə bağlı gecikmələr olsun. Yaxşı olar ki, həmin şəxslər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Elm və Təhsil Nazirliyinə məlumat versinlər. Xətdə yaranan hansısa problemlə bağlı isə “Azəristiliktəchizat” ASC-nə müraciət edə bilərlər”.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı isə sözügedən məktəbin qurumun balansında olmadığını açıqlayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Bu gün, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Bu gün, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Bu gün, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Bu gün, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Oxşar xəbərlər