Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Müəllimlər Günü qeyd edilib. Sumqayıt24 bu haqda 5 oktyabr tarixində xəbər verir.
Təşkilatın ictimai-siyasi həyatında fəal iştirakına görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi Fəxri Fərmana layiq görülüb. Təltifləri təşkilatın sədri Ramiz Hüseynov təqdim edib.
Sonda aparatın əməkdaşları və təhsil işçiləri çay süfrəsi ətrafında görüşüblər.