Azərbaycanın şəhər və rayonları üzrə təyin olunmuş pensiyaların orta aylıq məbləği üzrə aylıq göstəriciləri açıqlanıb.
Fed.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə göstəricilərinə əsasən, Sumqayıt şəhəri 369 AZN ilə 18-ci yeri tutub.
İlk sırada aylıq pensiyaların orta məbləğinə görə Bakı şəhəri (606 AZN) qərarlaşıb.
Paytaxtın Səbail (465 AZN) və Pirallahı (451) rayonları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə yer alıblar.