Sumqayıtda səki qeyri-qanuni formada zəbt edilib.
Xeberle.com-un xəbərinə görə, 9-cu mikrorayon, Sahib Qarayev küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan səkinin üzərində özbaşına tikinti işləri aparılıb. Nəticədə səki daralıb və burada hərəkət çətinləşib.
Səkinin hasarlanması səbəbindən insanlar nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yolla getməyə məcbur olurlar.