"Sumqayıt-Yaşma" magistral qaz xətti zədələnib. Sumqayıt24 bu haqda 24 avqust tarixində “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Hadisə traktor qazma işləri aparan zaman baş verib. Bununla əlaqədar saat 10:10-dan Sumqayıt şəhərinin, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Təmir-bərpa işləri aparılır.