Sumqayıtda piyada səkisi baxımsız vəziyyətdədir.
Bu hal şəhərin Ağa Quliyev küçəsinin 4-cü mikrorayona düşən hissəsində müşahidə olunur. Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, yağışlı havada səki keçilməz olur:
“Uzun müddətdir ki, səki təmir olunmur. Yağış yağarkən yolu keçməkdə çətinlik çəkirik. Qaranlıqda isə hərəkət etmək təhlükəli olur. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunub, lakin heç bir nəticə əldə olunmayıb”, - deyə şikayətçilər əlavə ediblər.