Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində kommunal qəza baş verib.
Baku TV-nin məlumatına görə, gecə saatlarında ərazidəki su borusu partlayıb. Nəticədə ətraf su ilə dolub, avtomobillərin hərəkətində çətinlik yaranıb. Fəsadların aradan qaldırılması məqsədilə hadisə yerinə işçi qüvvəsi cəlb olunub.
Yolda avtomobillərin hərəkəti birtərəfli olaraq məhdudlaşdırılıb.
View this post on Instagram