Sumqayıtda içməli su israf olunur. Sumqayıt24 bu haqda 8 sentyabr tarixində xəbər verir.
Çerkassı küçəsi, 49-cu məhəllədən keçən su xəttində mütəmadi olaraq sızma yaranır. Sakinlər problemlə bağlı “Azərsu” ASC-yə dəfələrlə müraciət ediblər. Lakin onların sözlərinə görə, qurumun əməkdaşları xətti yeniləmək əvəzinə hər dəfə zədələnmiş hissəyə izolent sarıyırlar.