Sumqayıtda sürücü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sumqayit24.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.
55 yaşlı İldırım Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən kuza 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub. Sürücü hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.