Sumqayıtın iki mikrorayonunda işıq kəsilib.
Sumqayit24.az-a sakinlərdən daxil olan məlumata görə, problem 9-cu və 10-cu mikrorayonlarda yaranıb.
Redaksiyamızın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-yə sorğu göndərib. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb:
“Hal-hazırda qeyd etdiyiniz ərazilərdə briqada işləyir. Yaranmış narahatlığa görə üzr istəyirik.”