Sumqayıtın bir hissəsində qaz kəsilib.
Sumqayit24.az-a daxil olan məlumata görə, səhər saatlarından etibarən 10-cu mikrorayon ərazisində yaşayan abonentlərin qaz təchizatında məhdudiyyət yaranıb. Vətəndaşlar məsələ ilə bağlı redaksiyamıza müraciət ediblər.
Sumqayit24.az-ın əməkdaşı problemin səbəbini öyrənmək üçün “Azəriqaz” İB ilə əlaqə saxlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, ərazidə qaz təhcizatı təmir işləri ilə əlaqədar dayandırılıb və gün ərzində bərpa olunacaq.