Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində lyuk qapaqsız qalıb.
Sumqayit24.az-ın məlumatına görə, bu hal “Bravo” marketdən Üzeyir Hacıbəyov parkına gedən yolun hərəkət hissəsində qeydə alınıb.
Yol hərəkəti iştirakçılarının sözlərinə görə, gecə saatlarında çuxur görünməz olur. Bu isə təhlükə yaradaraq qəzalara səbəb ola bilər.
“Ərazidə heç bir xəbərdarlıq nişanı yoxdur. Dünən gətirib iri daş qoyublar. Dəfələrlə sürücülər bu çuxura düşüblər”, - deyə şikayətçilər əlavə ediblər.