Sumqayıtda yeni çəkilən nişanlanma xətti yol istifadəçilərini çaşdırıb.
Sumqayit24.az-a verilən məlumata əsasən, Sülh küçəsində avtobus zolağı çəkilib.
Ancaq avtobus zolağında nişanlanma xətti düzgün çəkilmədiyindən sürücülər döngəyə daxil ola bilmirlər. Həmçinin ərazidə quraşdırılan "Giriş qadağandır" yol nişanı mövcuddur. Bu səbəbdən döngəyə nə giriş, nə də çıxış etmək mümkündür.
Nişanlar arasındakı ziddiyyətlər absurd vəziyyət yaradır və sürücülərin çıxılmaz şəraitə düşərək cərimələnməsini labüd edir.