H.Z.Tağıyev qəsəbəsində yollar baxımsızlıqdan yararsız vəziyyətə düşüb.
Sumqayit24.az-a müraciət edən yerli sakinlərin sözlərinə görə, şəhid Kənan Əhmədov adına küçədə asfalt örtüyü yoxdur. Şikayətçilər yağışlı havada yaranan palçıqdan hərəkət etməkdə çətinlik çəkirlər:
“Bu vəziyyət artıq uzun müddətdir ki, davam edir. Küçə, daha çox ucqar kənd yolunu xatırladır. Uşaqları məktəbə apararkən palçıq içində qalırıq. Aidiyyəti qurumlara müraciət edirik, amma heç bir nəticə yoxdur,” – deyə sakinlər əlavə ediblər.