Sosial şəbəkələrdə təhlükəli trend yayılıb.
Sumqayit24.az xəbər verir ki, sözügedən trend kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaq və nəticəsini “TikTok”da paylaşmaqdan ibarətdir.
Azərbaycanda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan belə bir şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən 21 yaşlı Xanlar Ziyadov saxlanılıb.