Sumqayıt Ağır Cinayətlər Məhkəməsi xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli ilə bağlı qərar qəbul edib. Sumqayıt24 bu haqda 24 avqust tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, C. Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd edək ki, jurnalist bu ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.