Sumqayıt şəhəri, 13-cü mikrorayon sakinləri yandırılan tullantıların tüstüsündən şikayətçidirlər. Bu haqda 8 avqust tarixində Sumqayıt24 məlumat verir.
Sakinlərin sözlərinə görə, 51A binasının həyətində yerləşən iri zibil qutusu mütəmadi yandırılır.
“Yaxındakı şadlıq sarayları məişət tullantılarını bura atırlar. Ətrafa yayılan qoxu və zəhərli tüstü insanlara mənfi təsir göstərir. Yoluxucu xəstəliklər yayılır. Dəfələrlə müvafiq qurumlara müraciət olunub ki, qapaqlı zibil konteynerləri qoyulsun, lakin nəticə yoxdur”, – deyə məhəllə sakinləri bildiriblər.