Sumqayıtda cüdo idman növü üzrə ustad dərsləri təşkil olunub. Bu haqda 1 may tarixində Sumqayıt24 Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdman tədbiri məşqçi-müəllim Murad Əliyev tərəfindən keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan ustad dərsində 40-a yaxın azyaşlı və yeniyetmə iştirak edib.
Layihə Qubadlı rayonu üzrə gənclər və idman sektoru, Qubadlı rayon UGİŞM-in birgə təşkilatçılığı ilə reallaşıb.