Sumqayıtda güləş idman növü üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyi keçirilib. Bu haqda 6 may tarixində Sumqayıt24 xəbər verir.
“Alüminiumçu” İdman Evində təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilib. Turnirdə 2009-2010-cu il təvəllüdlü yeniyetmələr mübarizə aparıblar. Qaliblər medal və diplomla təltif ediliblər.
Birinciliyin keçirilməsində məqsəd sərbəst güləş idman növünün uşaq, yeniyetmə və gənclər arasında təbliğ və inkişaf etdirilməsindən ibarətdir.