Sumqayıt idmançısı Azərbaycan birincisi olub. Sumqayıt24 bu haqda 27 iyun tarixində xəbər verir.
Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyi 14, 16 və 18 yaşadək şahmatçılar arasında ölkə çempionatı keçirib.
Sumqayıt şahmat məktəbinin yetirməsi Nurtən Nuriyeva 10 xal toplayaraq 16 yaşadək qızlar arasında qalib adını qazanıb.
Ona nazirliyin diplom və medalı təqdim olunub. Nurtən öz yaş qrupunda dünya çempionatına ezam ediləcək.