Sumqayıtdan olan yunan-Roma güləşçisi beynəlxalq turnirdə yüksək nailiyyət əldə edib. Bu haqda 13 fevral tarixində Sumqayıt24 Güləş Federasiyasına istinadən məlumat verir.
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir. 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Murad Məmmədov rusiyalı Ənvər Allahyarova (AİN) xalların keyfiyyətinə görə (3:3) qalib gələrək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib.