"Sumqayıt-2" futbol komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir edib. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
İnsident Əvəzedicilər Liqasının XXXIII turunda, "Kəpəz-2" ilə matçda yaşanıb. O, təhqirə görə birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsinin qərarı ilə Hüseynov 5 oyunluq cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.