top
İspaniyada mövsüm ərzində 20 qol vuran Turan Qasımlı - MÜSAHİBƏ
19 iyun 2024, 04:19
- ↺ +

İspaniyada mövsüm ərzində 20 qol vuran Turan Qasımlı - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Xetafe"də oynayan azərbaycanlı müsahibə verib. Sumqayıt24 bu haqda 19 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.

Turan Qasımlı beş yaşından Sumqayıtda karate ilə məşğul olub, altı yaşında uşaqlar arasında Azərbaycan çempionu adına yiyələnib. Bir müddət sonra valideynləri ilə İspaniyanın Malaqa şəhərinə köçüb. Burada karate məşqlərinə, sonra isə "Malaqa" klubunun uşaq futbol məktəbinə yazılıb.

O, 2018/19 mövsümündə klubun "Benjamin A" komandasına cəlb olunub. İkinci dövrədə 15 oyunun hamısında start heyətdə meydana çıxıb. Orta sahə və ya sol cinahda oynamasına baxmayaraq, 14 qol, 17 məhsuldar ötürmə edib və klubda ilin ən dəyərli oyunçusu seçilib.

Növbəti mövsümdə Qranada şəhərində 100 istedadlı uşağın iştirakı ilə xeyriyyə oyunu keçirilib. Turan da bu oyuna dəvət alıb. Turan finalda iki qol və bir məhsuldar ötürmə ilə komandasına 3:1 hesablı qələbə qazandırıb.

Müsahibəni təqdim edirik:

Əvvəllər karate idman növü ilə məşğul olmusunuz. Futbola keçmək qərarını necə verdiniz?

- Bəli, dörd yaş yarımdan Sumqayıtda karate ilə məşğul olmuşam. İspaniyaya altı yaşım olanda köçdük, altı ay orada da karate ilə məşğul oldum. Karate idman kompleksinin yanında "Malaqa" futbol klubunun bazası var idi, orada uşaqlar futbol oynayırdılar, məşqə gedib-gələrkən onları izləməyə başladım və beləcə maraq oyandı.

Atam da məni dəstəklədi. Daha sonra isə "Malaqa"nın aşağı yaş qruplarında çıxış etməyə başladım.

"Malaqa"dan sonra "Xetafe" klubuna keçdiniz.

- "Xetafe"yə keçəndə özümü şanslı hiss etdim. Burada məşqlər daha intizamlı, daha sərt idi və mən daha çox şeylər öyrənəcəyimi və öyrənməli olduğumu anladım.

Hazırda məşq prosesi necə keçir?

- İndi kateqoriya seçimləri gedir. Mən də ən yüksək liqada oynamağa haqq qazanan iyirmi uşaqdan biri ola bildim.

"Xetafe"də çıxış etmək necə bir hissdir?

- İspaniyada futbol fərqlidir, eyni yaş qrupunda altı liqa var. Onun üçün də çox məşq etməlisən, eyni bir komandada daim oynayacağına heç kim zəmanət vermir və hər an yerini itirə bilərsən. Məhz buna görə də maksimum konsentrasiya, intizam tələb olunur, meydanda olarkən komandaya faydalı olmalısan. Bu il 28 oyunun 27-də ilk 11-likdə oynadım, 20 qol, 26 məhsuldar ötürmə ilə mövsümü bitirdim. Hədəfim gələn mövsüm daha da yüksək nəticələr qazanmaqdır. Bu komandada çıxış etmək çox gözəl və ifadə oluna bilməyəcək hissdir.

"Xetafe"dən də ayrılıb, La Liqada yüksək pillə tutan komandaya keçmək arzusu varmı?

- Oynamaq istədiyim klub məhz "Barselona" olub. Hədəfim də Kataloniya komandasında çıxış etmək şansını qazanmaqdır və bunu edə biləcəyimə inanıram.

Kumiriniz var?

- Kumirlərim Andres İnyesta və Lionel Messidir.

Hazırda hansı məktəbdə oxuyursunuz?

- Kembric kollecində ingilis dilində təhsil alıram.

Futbolla məşğul olmaq dərslərə mane olurmu?

- İspaniyada təhsil önəmli olduğu üçün klublar məşqləri dərslərə görə tərtib edirlər. Dərslərim isə çox yaxşıdır.

Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Asudə vaxtım çox az olur, onu da dostlarımla üzməyə, ya da kitabxanaya gedərək keçirirəm. Arada kompüter oyunları oynayıram.

Futbolla məşğul olmaq istəyən yaşıdlarınıza nə demək istəyirsiniz?

- Yaşıdlarıma tövsiyəm odur ki, çox işləsinlər, məşq prosesində maksimum öyrənsinlər və öyrəndiklərini meydanda qorxmadan göstərsinlər. Bəlkə, ilk olaraq, səhv edəcəklər, amma bu səhvləri analiz edib bir daha təkrarlamamaq üçün ehtiyat etməlidirlər. Bundan başqa, demək istədiyim odur ki, bir məşqçinin oyun strategiyasına uyğun deyilsinizsə və sizi oynatmırsa, əsla həvəsdən düşməyin. Daha çox çalışın və hər fürsəti yaxşı mənada dəyərləndirin. Özünə inam həmişə olmalıdır, eqodan uzaq durmalı, maksimum ciddiyyət göstərməli, komanda yoldaşlarınıza hörmət etməlisiniz.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Bu gün, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Oxşar xəbərlər