Sumqayıt cüdoçusu beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda 14 may tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Cüdo üzrə Dünya çempionatı 19-24 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək. Azərbaycanı təmsil edəcək idmaçılar arasında çüdoçumuz Kamran Süleymanov da yer alıb. O, 66 kq çəki dərəcəsində mübarizə aparacaq.
Çempionatda 100-dən çox ölkədən 700-ə yaxın idmançı çıxış edəcək.