Sumqayıtda futbol idman növü üzrə ustad dərsləri keçirilib. Bu haqda 17 may tarixində Sumqayıt24 xəbər verir.
İdman tədbiri “Kapital Bank Arena”nın süni örtüklü meydançasında baş tutub. Tədbirin təşkilində məqsəd şəhərdə futbol idman növünü təbliğ etmək, uşaq və yeniyetmələr arasında idmanın kütləviliyinə nail olmaq və sağlam həyat tərzinə istiqamətləndirməkdir.
Layihə Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.