Qılıncoynatma üzrə Sumqayıt şəhər birinciliyi keçirilib. Sumqayıt24 bu haqda 27 noyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarışda 2011-2012; 2013-2014; 2015-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar mübarizə aparıblar. Məqsəd idmançıların idman ustalığının artırılması, şəhərin yığma komandasının komplektləşdirilməsidir.
Qaliblər medal və diplomla təltif olunublar.