“Sumqayıt” futbol klubu mövsümün ilk xalını qazanıb. Bu barədə Sumqayıt24 xəbər verir.
Təmsilçimiz Premyer Liqanın 3-cü turu çərçivəsində “Zirə”nin qonağı olub. Matç “Dalğa Arena” stadionunda baş tutub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hər iki qapı toxunulmaz qalıb.