“Sumqayıt” futbol komandası “VTB Azərbaycan Kuboku” adlı turnirdə uğurla iştirak edib. Bu haqda bu gün, 6 iyul tarixində VTB.az-a istinadən xəbər veririk.
11 yaşadək uşaqlar arasında keçirilən turnirdə Sumqayıt, Bakı və Qusardan olan 8 komanda iştirak edib. Yarışın finalında komandamız “Baku Sporting” komandasına 1:0 hesabı ilə məğlub olaraq, 2-ci yerə sahib olub. Turnirdə 3-cü yeri isə “Metak” komandası tutub. Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar.
Qeyd edək ki, tunirin ötən ilki qalibi “Sumqayıt” komandası olmuşdur.