Sumqayıtlı şagird Azərbaycan çempionu olub. Sumqayıt24 bu haqda 27 may tarixində xəbər verir.
Boks üzrə məktəbli qızlar arasında ölkə birinciliyi keçirilib. 28 nömrəli məktəbin 7-ci sinif şagirdi Cəmilə Muradlı qızıl medal və diploma layiq görülüb.
Qeyd edək ki, İOEUGİŞM-1-in yetirməsi olan Cəmilə məşqçi Orxan Salmanovun tələbəsidir.