Sumqayıt şəhər 31 nömrəli məktəbinin şagirdləri şahmat turnirində uğur qazanıblar. Bu haqda 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Milli Dirçəliş Gününə həsr edilmiş 12 yaşadək qızlar arasında şahmat üzrə şəhər birinciliyində tədris ocağının 6c sinif şagirdləri Leyla Mirzəliyeva və Fatimə Mirzəliyeva müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar.
Məktəblilər medal və diplomla təltif olunublar.