Sumqayıt şəhər 1 nömrəli məktəbinin şagirdi ölkəmizi dünya çempionatında təmsil edib. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Tədris ocağın 11ç sinif şagirdi Anar Əliyev İsveçin Helsinqborq şəhərində keçirilən “Tug of war” (kəndirdartma yarışı) dünya çempionatında 2-ci yerə layiq görülüb. O, medalla mükafatlandırılıb.