top
Məşhurların çağırışı nəticə verdi? - “Sumqayıt” rəsmisinin fikri
16 may 2024, 00:58
- +

Məşhurların çağırışı nəticə verdi? - “Sumqayıt” rəsmisinin fikri

“Sumqayıt"-"Səbail" matçını 3500 azarkeş canlı izləyib. Sumqayıt24 bu haqda 16 may tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.

Premyer Liqanın 34-cü turundan öncə sumqayıtlı məşhurlar - karateçi Rafael Ağayev, paralimpiya cüdoçusu İlham Zəkiyev, şahmatçı Zeynəb Məmmədyarova və müğənni Murad Arif həmşəhərlilərini tribunalara dəvət etmişdilər. Mehdi Hüseynzadə adına stadionun tam dolacağı gözlənilsə də, tribunaların cəmi 1/3 hissəsi dolub.

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin fikrincə, tanınmış sumqayıtlıların çağırışı öz nəticəsini verdi:

“Baxmayaraq ki, bu dəfə rekord olmadı, stadion tam dolmadı, amma istənilən halda, tribunalarda 3500 azarkeş var idi. Bu isə premyer liqamızın ortalamasının çox üzərində bir rəqəmdir. Stadiona gələn və bizə dəstək verən heç bir azarkeşin əməyini kiçiltmək istəmirik. Könül istərdi ki, hər oyun anşlaq olsun, tribunalar tam dolsun, amma istənilən halda, sumqayıtlı azarkeşlər daim öz komandalarının arxasındadırlar. Fürsətdən istifadə edib, mövsümün son oyunu üçün bir daha azarkeşləri stadiona dəvət edirəm. Onların dəstəyi ilə uğurlu mövsümü major notda bitirmək istəyirik. Gəlsinlər, doldursunlar tribunaları və əsl futbol şousunu birlikdə yaradaq. Məncə, bir az zamana ehtiyac var. Uzun müddət komanda "Kapital Bank Arena"da oynayıb. Orada isə azarkeş tutumu az olduğu üçün müəyyən sayda fanatları oyuna qəbul edə bilirdik. Bu da bir növ azarkeşlərdə vərdişin itməsinə gətirib çıxarmışdı. Artıq daha geniş və müasir stadionda oynayırıq. Zamanla azarkeş sayımız da artacaq. Sevindirici haldır ki, azarkeşlərimiz arasında ailələr, uşaqlı valideynlər də var idi. Bütün bunlar gələcəyə ümidlə baxmağa əsas verir. Futbol insanların əyləncə, istirahət anlayışında yer tutur və zamanla bunun ayrılmaz parçası olacaq”.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Dünən, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
14 sentyabr 2026, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
14 sentyabr 2026, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
14 sentyabr 2026, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
14 sentyabr 2026, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər