Yunan-Roma güləşçimiz Paris–2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sumqayıt24 bu haqda 10 may tarixində xəbər verir.
28 yaşlı Murad Məmmədov (60 kq) buna Dünya Olimpiya Təsnifat turnirində finala çlxmaqla nail olub. O, yarımfinal mərhələsində Razvan Arnautu (Rumıniya) üstələyib.
Qeyd edək ki, turnir Türkiyənin İstanbul şəhərində təşkil olunub.