"Sumqayıt" klubunun hücumçusuna yeni müqavilə təklif ediləcək. Bu haqda 6 fevral tarixində Sumqayıt24 Rekord.az-a istinadən məlumat verir.
Məlumata görə, baş məşqçi Samir Abasov "Sumqayıt"ın "Neftçi" ilə oyununun qəhrəmanı Kasimir Ninqadan daha bir il komandada qalmasını istəyir.
Qeyd edək ki, Ninqanın "Sumqayıt"la müqaviləsi mövsümün sonunda yekunlaşır.