top
Qadın futbolunu yeni səviyyəyə daşıyan “Sumqayıt”ın kapitanı – MÜSAHİBƏ
29 dekabr 2023, 23:59
- +

Qadın futbolunu yeni səviyyəyə daşıyan “Sumqayıt”ın kapitanı – MÜSAHİBƏ

“Sumqayıt”ın qızlardan ibarət məğlubedilməz klubunun kapitanı müsahibə verib. Sumqayıt24 bu haqda 30 dekabr tarixində FutbolPress-ə istinadən xəbər verir.

“Futbola gəlişiniz necə olub?” sualını kapitan Aybəniz Əsgərzadə belə cavablandırıb:


  • 2004-cü ilin avqustundan futbolla məşğulam. 12 yaşım var idi, həyətdə oğlanlarla futbol oynayırdım. Dedilər ki, "Sumqayıt"ın qız komandası var, get, orada oyna. İlk gəlişim də belə oldu.


Hansısa tərəddüdləriniz var idimi? Bizdə belə düşüncə var ki, "qız nədir, futbol nədir".

  • Xeyr, tərəddüdüm olmayıb. Qızlar artıq digər idman növlərində olduğu kimi, futbolda da sözlərini deyirlər. Onlar ən yaxşı şəkildə mübarizə apararaq, fikirləri dəyişib.


Ailənizin qərarınıza reaksiyası necə oldu?

  • Anam futbola getməyimi, ümumiyyətlə, idmançı olmağımı istəmirdi. Deyirdi ki, ya həkim, ya da riyaziyyat müəllimi ol. Ancaq atam anamdan fərqli olaraq, idmançı olmağımı istəyirdi. Buna baxmayaraq, qərarımı verəndə hər iki valideynimin reaksiyası normal oldu. Bu günə kimi də bütün çətinliklərdə dəstəklərini əsirgəməyiblər.


Dostlarınızın münasibəti necə idi?

  • Əvvəl deyirdilər ki, sən hara, futbol hara. Qız futbol oynamaz. Amma sonra vəziyyət dəyişdi. Millinin də uğurlu çıxışından sonra müsbət reaksiyalar görürük.


Təzyiqlərə görə heç qərarınızı dəyişmək fikriniz yaranıb?

  • Hər işin çətinlikləri var, qarşıma məqsəd qoymuşdum və çatdım. Peşman deyiləm. Bir də dünyaya gəlsəm, yenə futbolçu olaram.


Qızlar üçün futbolçu olmağın hansı mənfi və müsbət tərəfləri var?

  • Mənfi tərəfləri zədələr, onun gələcəkdə yarada biləcəyi problemlərdir. Eyni zamanda ailə həyatı qurandan sonra da idmandan uzaq düşə bilirsən. Müsbət tərəfi isə yarışlara gedir, idmançıları tanıyır, dünya görüşünü artırırsan.


Qadın futbolumuzun səviyyəsini necə dəyərləndirirsən?

  • Normaldır, çox istəyərdim ki, daha yaxşı olsun. Buna da vaxt lazımdır. İnanıram ki, gələcəkdə daha yaxşı səviyyəyə çatacağıq. Qız komandaların sayı getdikcə artır, maraq böyüyür. Pis tərəfi də var ki, bizdə daxili yarış bir dənədir. Ölkə çempionatından başqa, turnir olmur. Daha çox yarış daha çox inkişaf deməkdir.


Azərbaycan yığması Millətlər Liqasında B Liqasına yüksəldi. Bu haqda fikirlərin nədir?

  • Millinin uğurlu çıxışı hər birimizi qürurlandırır. Arzu edirik ki, daha yüksək yerlərə çataq. İdmançılarımızın uğurlu çıxışı bu sahəyə marağı artırır. Qızlar diqqətdə olur, efirlərə çıxır, tanınırlar. Bu, artıq digər qızlar üçün də stimul olur.


Səhv etmirəmsə, futbolla yanaşı, hakimliklə də məşğul olmusunuz…

  • Bəli, futbolçu olmaqla yanaşı, həm də hakimlik edirdim. Amma sonra bu sahədən ayrıldım.


Nə üçün?

  • Çatdıra bilmirdim. Həm futbol oynayıram, həm idman təhsili alıram, həm də məşqçilik edirəm. Buna görə hamısını eyni zamanda etmək olmurdu. Ona görə qərara aldım ki, hakimliyi bitirim.


Hakim, məşqçi və futbolçu. Hansı daha çətindir?

  • Ən çətini məşqçilikdir. Çünki müxtəlif psixologiyada olan uşaqlarla işləyirsən. Futbol belədir ki, sən oynayırsan, məşqçi sənə öyrədir. Məşqçinin işi daha çətindir. Hakimlik isə elədir ki, qaydaları yaxşı bildinsə, yaxşı hakim olacaqsan. İşin asan keçəcək.


Hakimliyi asan qiymətləndirdiniz, amma hazırda tək ölkə deyil, dünya futbolunda hakimliklə bağlı ciddi problemlər var. Asandırsa, niyə problemlər çox olur?

  • Əvvəlki illərə baxanda indiki yaxşıdır. Dünya futbolunda deyə bilmərəm, amma Azərbaycan futbolunda yeni nəsil hakimlər gəlir. Maraqlanır, qaydaları öyrənirlər. Daha az səhv etməyə çalışırlar.


Məşqçi olduğunuzu qeyd etdiniz. Dünya futbolunda uğur qazanan qadın məşqçi, demək olar, yoxdur. Dünya, Avropa çempionu olan qadın komandalara da kişilər rəhbərlik edir. Sizcə, qadın məşqçi seçimi nə dərəcə uğurludur?

  • Çünki əvvəl qadın məşqçilər az olub, üstünlük kişilərdədir. Ona görə də qadınlar uğur qazana bilmirlər. Onların inkişafına dəstək olmaq, şans vermək lazımdır. İnanıram ki, bir neçə ilə qadın məşqçilər də uğurlu olacaqlar.


Məşqçi kimi qarşınızda hansı hədəf var?

  • İstəyirəm ki, idman ustası və əməkdar məşqçi adlarını qazanım.


Neçə vaxtdır məşqçi işləyirsiniz?

  • 6 ildir oğlan komandaları ilə işləyirəm. Aşağı yaş qruplarına hazırlıq keçirəm.


Qadın futbolçulardan ibarət Azərbaycan yığması uğurlu çıxış edirsə, kişilərdə vəziyyət əksinədir. Sizcə, nə üçün kişilərin futbolunda nəticələr qənaətbəxş deyil?

  • Çünki normal stadionlar yoxdur, yerli məşqçilərə şans verilmir. Aşağı yaş qruplarında vəziyyət ürəkaçan deyil. Məşqçilər uşaqlarla prinsip aparırlar, istedadlı oyunçular kənarda qalırlar.


Qadınlar da həmin stadionlarda oynamır?

  • Düzdür, biz də həmin stadionlarda oynayırıq. Kişilərin futbolunda yerli məşqçi problemi də var. İnanıram ki, orada da vəziyyət düzələcək. Amma ilk növbədə stadionlar düzəlməlidir, bu baxımdan problemlər var.


 "Sumqayıt"da işləriniz necə gedir?

  • Ötən mövsüm çempion olduq. Bu il də məğlubiyyətsiz yolumuza davam edirik. Məşqçilərimizin tapşırıqlarını dinləyir, meydançada yerinə yetiririk. Eyni zamanda davamiyyətimiz yerindədir, hər məşqdə səylə çalışırıq. Bunun nəticəsində uğurlu çıxış edirik.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda qurbağaların sayı ARTIB

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bu kollecin direktoru yeni vəzifəyə təyin olundu

Bütün xəbərlər
Dünən, 17:31

Sumqayıtın Alman parkında acınacaqlı mənzərə

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtın işlək küçəsində narahatedici mənzərə

Bütün xəbərlər
Dünən, 15:27

Sumqayıta sabah yağış yağa, şimşək çaxa bilər

Bütün xəbərlər
Dünən, 14:27

Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib

Bütün xəbərlər
Dünən, 13:48

Sumqayıt teatrında başlayan, illər sonra etiraf olunan sevgi hekayəsi

Bütün xəbərlər
Dünən, 12:52

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda QAZ OLMAYACAQ

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtda minik avtomobili restorana çırpıldı

Bütün xəbərlər
Dünən, 11:00

Xalq şairi Süleyman Rüstəmin oğlu vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:15

Sumqayıtda maşın YANIB

Bütün xəbərlər
Dünən, 09:36

Sumqayıtda bu gün hava belə keçəcək

Bütün xəbərlər
27 iyun 2026, 18:00

Ədalət Şükürov ənənəsinə sadiq qaldı

Bütün xəbərlər
27 iyun 2026, 17:19

Axtarışda olan 100-dən çox şəxs saxlanılıb

Bütün xəbərlər
27 iyun 2026, 16:48

Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur

İdman
27 iyun 2026, 16:19

Sumqayıtın legioneri: "Azərbaycanda futbol fərqli xüsusiyyətlərə malikdir"

Bütün xəbərlər
27 iyun 2026, 15:19

Sumqayıtda səhərə kimi leysan yağacaq

Bütün xəbərlər
27 iyun 2026, 14:19

Bakıda UFC gecəsi - 4 azərbaycanlı oktaqona çıxacaq

Bütün xəbərlər
27 iyun 2026, 13:19

Sumqayıtlıların əksəriyyəti deputatlarını TANIMIR - SORĞUNUN NƏTİCƏLƏRİ

Bütün xəbərlər
27 iyun 2026, 12:19

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

Bütün xəbərlər
27 iyun 2026, 11:19

Küləkdən sonra Sarayda təhlükə yaranıb

Bütün xəbərlər
27 iyun 2026, 10:19

Yük maşınının qapısı qəfil yola düşdü

Bütün xəbərlər
27 iyun 2026, 09:19

Sumqayıta dolu düşə bilər

Oxşar xəbərlər