Sumqayıt idmançısı “WKF karate liqa 1” yarışında uğur qazanıb. Bu haqda 29 iyun taixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yeniyetmə və gənclər arasında təşkil olunan yarış Xorvatiyanın Poreç şəhərində keçirilib. Turnirdə mübarizə aparan idmançımız Aysu Əliyeva bürünc medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rövşən Allahverdiyevdir.