Sumqayıtlı şahmatçı FIDE Qran-prisinin III mərhələsində ilk yarımfinal oyununu keçirib. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov bu oyunda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan Şəhriyar Məmmədyarov 30-cu gedişdə heç-heçəyə razılaşıb.
Report.az-a istinadən xəbər veririk ki, Məmmədyarov oyundan sonra rəqibi haqda fikirləri ilə bölüşüb:
“Nakamura kimi oyunçuların İddiaçılar Turnirində olması şahmat üçün çox vacibdir. 35 yaşlı qrossmeyster şahmat dünyasında olduqca populyardır".