"Sumqayıt" transfer həyata keçirib. Sumqayıt24 bu haqda 28 iyun tarixində xəbər verir.
Klubumuz 27 yaşlı Rəhim Sadıxovla müqavilə imzalayıb. “Zirə”dən ayrılan yarımmüdafiəçi “kimyaçılar”a azad agent qismində qatılıb.
Qeyd edək ki, o, “Zirə”yə məhz “Sumqayıt”dan (2019-2022) getmişdi. 2019-2022-ci illərdə komandamızın formasını geyinmiş Rəhim ən çox fərqlənən futbolçu adını qazanmışdı.