Şahmatçıların dekabr ayı üçün reytinqi açıqlanıb. Sumqayıt24 bu haqda 1 dekabr tarixində xəbər verir.
Qrosmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) cədvəlində geriləyib. Sumqayıtlı “Şah” 2723 xalla 16-cı pillədən 26-cı mövqeyə düşüb.
Qadın şahmatçılardan isə 2374 xalı olan Gövhər Beydullayeva 77-ci pillədə yer alıb.