Sumqayıtlı şahmatçı “Vüqar Həşimov Memorial - 2023”-də üç oyun keçirib. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
Superturnir Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunub. Şəhriyar Məmmədyarov rapid üzrə ilk turda Rixard Rapportla (Rumıniya) heç-heç edib. İkinci turda israilli Boris Qelfandı yenən qrosmeyster növbəti partiyanı Arjun Eriqaisiyə (Hindistan) uduzub.
Hazırda “Şah”ın 3 xalı var.