Sumqayıtlı yeniyetmə şahmatçılar medallar qazanıblar. Sumqayıt24 bu haqda 18 iyul tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Qax Olimpiya İdman Kompleksində şahmat üzrə 16 yaşadək yeniyetmələr arasında Respublika Olimpiadası keçirilib. Şəhərimizin təmsilçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edərək komanda hesabında 2-ci yeri tutublar.