Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi qitə birincisi olub. Sumqayıt24 bu haqda 21 may tarixində xəbər verir.
Sloveniyanın Podçetrtek şəhərində fudokan karate üzrə 27-ci Avropa çempionatı keçirilib. Təbiət elmləri fakültəsinin II kursunda oxuyan Vahid Həsənov 18-21 yaş dərəcəsində 80 kq çəkidə bütün rəqiblərini yenərək qızıl medal qazanıb.