“Sumqayıt”ın əvəzediciləri ardıcıl 7-ci qələbələrini qazanıblar. Sumqayıt24 bu haqda 30 aprel tarixində xəbər verir.
Əvəzedicilər Liqasında 32-ci turun oyunları keçirilib. "Sumqayıt-2" "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Qarabağ-2" ilə qarşılaşıb. Vaqif Cavadovun yetirmələri 2:1 hesablı qələbəyə seviniblər. Hər iki qolumuzu Uğur Cahangirov vurub.